ABŞ prezidenti Co Bayden ABŞ ordusunun balansında olan 425 milyon dollarlıq texnika, silah və sursatın Ukraynaya çatdırılmasını təsdiqlədiyini bildirib.
RegionTV.info xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ordu balansından yuxarıda göstərilən yardıma əlavə olaraq, Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) fondu çərçivəsində də bu ölkəyə 1,75 milyard dollar veriləcəyini açıqlayıb.
Hər iki yardım ümumilikdə 2 milyard 175 milyon dollar təşkil edir.