Ukraynanın Donetsk vilayətində şiddətli döyüşlər davam edir.
RegionTV.info-nun verdiyi məlumata görə, Baxmut şəhəri yaxınlığında Ukrayna Milli Qvardiyası üzvləri rusların "Su-25" qırıcısını vurublar.
Təyyarənin "İqla-1" zenit kompleksi ilə vurularaq yerə salındığı bildirilir. Qeyd edək ki, təkcə ötən həftə Baxmut müdafiəçiləri şəhər uğrunda gedən qanlı döyüşlərdə Rusiyanın bir "Mi-24" helikopteri və bir "Su-25" qırıcısını vurmağa müvəffəq olublar.
Ukrayna ordusu uzun müddətdir ki, rusların Baxmuta ardıcıl hücumlarının qarşısını alaraq müqavimət göstərir.