Şəkidə 14 aylıq körpə vəfat edib.
RegionTV.info xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Baş Göynük kəndində baş verib. 2021-ci il təvəllüdlü Ruhəngiz İsrafilovanın səhhəti qəfil pisləşdiyi üçün o, valideynləri tərəfindən xəstəxanaya gətirilib.
Həkimlərin səylərinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.
Azyaşlının ürək çatışmazlığından öldüyü bildirilir.