Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsinə yeni səlahiyyət verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 13 nömrəli Protokolunu imzalamaq səlahiyyətinin verilməsi barədə sərəncam imzalayıb.

RegionTV.info  xəbər verir ki, bununla bağlı Prezident.az məlumat yayıb.

Sərəncama əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 13 nömrəli Protokolunu Azərbaycan Respublikası adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin Nəcəf oğlu İsmayılova verilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də