Türkiyənin İstanbul şəhərində avtobus qəzası baş verib.
RegionTV.info xəbər verir ki, hadisə Bahçelievler rayonunda baş verib.
Məlumata görə, Türkiyə vətəndaşı Səfər B-nin idarə etdiyi avtobus dayanacaqda dayanmış şəxslərə, daha sonra mikroavtobusa çırpılıb.
Hadisə nəticəsində 51 yaşlı Hikmət Kaya ölüb. Azərbaycanlı Əhməd Rzayev, əlcəzairli Messaouda Marike, türkiyəli Fatma O., Yeter Bayqın, Oruç və Fehim Aydın yaralanıblar.
Əhməd Rzayevin vəziyyətinin ağır olduğu bildirilib.
Avtobus sürücüsü saxlanılıb.
Hadisə yerinə gələn Bahçelievler Bələdiyyə Başçısı Hakan Bahadır qeyd edib ki, sərnişinlər dayanacağa yaxınlaşan avtobusun sürücüsünün yuxuya getdiyini bildiriblər.