Bakıda burun-boğaz əməliyyatı olunan məktəbli vəfat edib.
RegionTV.info xəbər verir ki, 2 gün əvvəl özəl klinikalardan birində əməliyyat olunan 9 yaşlı Nadirli Ağasəlim Vüqar oğlu daha sonra evə buraxılıb. Lakin o, Xətai rayonunda yaşadığı evdə dünyasını dəyişib.
Qeyd edək ki, A.Nadirli Xətai rayonu, İ.Məmmədov adına 261 nömrəli məktəb-liseyin 3-cü sinif şagirdi olub.
Faktla bağlı araşdırma aparılır.