"Ruslar gəlib Qarabağda yerləşdi, amma özlərini sülhməramlı kimi yox, Ermənistan ordusu kimi aparırlar”
“Erməni təxribatının başında birbaşa ruslar durur. Rusiya Sühməramlıları gəlib Qarabağda yerləşdi, amma özlərini sülhməramlı kimi yox, Ermənistan ordusu kimi aparırlar”
Bunu açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov tarix boyu Rusiyanın bizim torpaqları pay-puşt etdiyini bildirib:
“Erməni təxribatının başında birbaşa ruslar durur. Rusiya Sühməramlıları gəlib Qarabağda yerləşdi, amma özlərini sülhməramlı kimi yox, Ermənistan ordusu kimi aparırlar. Rusiya 1818-ci ildən bəri bizə kələk gələ-gələ torpaqlarımızı alıb ona-buna verdi. Rusiyadan ayrılmağın məqamı idi, amma alınmadı. Rusiyanın bir çox ölkələrdə hərbi bazası var. Vaxtilə Əbülfəz Elçibəy onlara burda yer vermədi. Əsgərimizin meyitini yandırırlar, amma bir söz deyən yoxdur. Aparıb bunu Putinə göstərmək lazımdır ki, bax, gör bu namərdlər neyləyir. Sən isə bu vəhşilərə yiyə durursan”.