Müğənni Gülben Ergen sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
RegionTV.info xəbər verir ki, sənətçi tvitter hesabında İranda cənubi azərbaycanlıların ac və evsiz qaldığını bildirib:
"İnsanlar soyuqda aclıqla mübarizə aparır. Cənubi Azərbaycanın Xoy şəhərində üşüyən, qorxan, yaşamaq uğrunda mübarizə aparan qardaşlarımız üçün nə edə bilərik?"
Xatırladaq ki, yanvarın 29-da İranın Qərbi Azərbaycan ostanının Xoy şəhərində zəlzələ baş verməsi nəticəsində 1000-ə yaxın insan yaralanıb. Zəlzələ səbəbindən ümumilikdə 973 sakin xəsarət alıb.