Gəncədə bir ailənin 3 üzvü bıçaqlanıb. Bu azmış kimi kömək üçün gələn qonşu da xəsarət alıb.
RegionTV.info xəbər verir ki, ailə münaqişəsi zamanı 34 yaşlı Babək Nəsirov keçmiş həyat yoldaşı Elnura Həmidovanın evinə gələrək həm ona, həm də qohumlarına hücum çəkib.
Hadisəni törədənlə E.Həmidova 2016-cı ildə sosial şəbəkədə tanış olaraq ailə həyatı qurublar. Birgə nigahdan iki övları olub. Sumqayıtda yaşayan cütlük ayrıldıqdan sonra Elnurə övladı ilə birgə atası evinə qayıdıb.
Babək Nəsirov onu burda rahat buraxmayıb O, Elnurəni barışmayacağı təqdirdə ölümlə hədələyib.
Ətraflı ATV-nin süjetində izləyə bilərsiniz: