Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində tələbələrin imtahan zamanı cavabları telefon və dəftərlərdən köçürdüyü iddia edilir.
RegionTV.info-nun məlumatına görə, kollecin hüquqşünası Aynurə Muradova qeyd edib ki, lentə aldığı kadrlarda imtahanlarda cavablar telefon və dəftərlərdən köçürülür. Bu isə rüşvət qarşılığında olur.
Hadisədə adı hallanan Kollec direktorunun tədris işləri üzrə müavini Teymuraz Əfəndiyev və tərbiyə işləri üzrə müavini Sevinc Həmzəyeva isə deyilənlərin yalan olduğunu bildirirlər.
Onların sözlərinə görə, imtahanlarda tələbələrə telefonların verilməsi kollecin daxili qaydaları əsasında həyata keçirilir:
“Bu, müəyyən vaxt ərzində olur, imtahan başlayar-başlamaz isə telefonlar uşaqlardan yığılır”.
Qeyd edilib ki, baş verənlər siniflərdə olan müşahidə kameraları vasitəsilə də izlənilir. Həmin kamera görüntüləri bizə də göstərildi. Həqiqətən də 2-3 dəqiqə ərzində telefonlar tələbələrdən yığışdırılır.
Kollecdə çəkiliş aparılan zaman orada imtahanlar keçirilib. Eyni proses bu gün də baş verib. İmtahandan əvəl tələbələrin telefonları əllərində idi.
Lakin qeyd etmək lazımdır ki, yerli təhsil müəssisələrinin digərlərində belə bir təcrübə yoxdur.
Tərəflər məsələnin tam həlli üçün məhkəməyə müraciət edəcəklərini desələr də, indiyə qədər heç kim ilk addımı atmayıb.
Daha ətraflı süjetdə: