Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Evinin "kupça"sı olmayanlara SEVİNDİRİCİ XƏBƏR - Güzəştlər ediləcək - VİDEO

Azərbaycanda təxminən 450 minə yaxın sənədsiz ev var. Bunların 400 mini Bakıda və Abşeron yarımdasında yerləşir.

RegionTV.info  xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyəti sədrinin müavini Elşad Məmmədov Xəzər Televiziyasının "Xəbər Ertəsi" proqramında bildirib.

Onun sözlərinə görə, sənədsiz evlərin hamısının rəsmi qeydiyyata alınması mümkün deyil: "Çünki burada təhlükəsizlik məsələləri var. Yüksək gərginlikli elektrik xətlərinin, yüksək təzyiqli qaz xətlərinin, dəmir yollarının, Xəzər dənizinin, Kür çayının mühafizə zolaqlarında, eləcə də sürüşmə ərazilərində özbaşına evlər tikilib. Həm insan sağlamlığı, həm də bütövlükdə təklükəsizlik baxımından həmin evlərin sənədləşdirilməsi arzuolunan deyil. Həmçinin heç bir infrastrukruru olmayan və təhlükəli ərazilərdə yerləşən evlərə sənəd verilməsinin vətəndaşlar üçün də faydası olmaz".

E.Məmmədov hesab edir ki, vəziyyətdən çıxış yolu təhlükəli zonalarda yerləşən evlərin tamamilə ləğv edilməsidir: "Amma həmin evlərin yerləşdiyi ərazilərin problemi olmayan hissələrinə müəyyən tənzimləmələrlə güzəştlərin tətbiqi nəzərdə tutulur".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də