Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Polis şöbəsində əşyaları sındıran şəxs həbs edildi

Qobustanda polisin əmrinə tabe olmayan şəxs həbs edilib.

RegionTV.info  xəbər verir ki, hadisə yanvarın 28-də qeydə alınıb.

Belə ki, Qobustan rayonu Yekəxana kənd sakini Hüseyn Əliyarov (ad və soyad şərtidir) xuliqanlıq əməli törətdiyinə görə saxlanılaraq Qobustan Rayon Polis Şöbəsinə gətirilib. Orada baş təhqiqatçı Elşən Eyvazovla aralarında mübahisə yaranıb və Hüseyn polis şöbəsinin inzibati binasında səs-küy salıb.

Baş təhqiqatçı Elşən Eyvazov məhkəmədə verdiyi ifadəsində qeyd edib ki, saxlanılan şəxs ondan izahat alınan zaman özünü çox aqressiv apararaq izahat verməkdən imtina edib və ona qarşı zor tətbiq edib. Hüseyni dəfələrlə nizam-intizama dəvət etməsinə baxmayaraq, saxlanılan şəxs həmin əməllərini davam etdirib və xidməti otaqda olan mebel dəstinin şüşəsini sındırıb, polisin qanuni tələblərinə tabe olmayıb.

H.Əliyarov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib olunub.

Qobustan Rayon Məhkəməsinin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də