Türkiyədə sıx duman səbəbilə İstanbul Boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.
RegionTV.info xəbər verir ki, Sahil Təhlükəsizliyi İdarəsi Boğaziçidə görmə məsafəsinin 0,5 milin altına düşdüyünü bildirib.
Bu səbəbdən də, saat 06.38-dən etibarən gəmi hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.