Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ağdamdakı Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasından iki il keçir

RegionTV.info

Bu gün Ağdamda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasından iki il keçir.

İki il bundan öncə, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiya Federasiyası müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin və Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu işğaldan azad edilmiş Ağdam rayonu ərazisində inşa olunmuş Birgə Monitorinq Mərkəzinin açılış mərasimində iştirak ediblər.

Qeyd edək ki, Mərkəz Türkiyə Respublikası və Rusiya Federasiyası arasında 11 noyabr 2020-ci il tarixdə imzalanmış Atəşkəsə Nəzarət üzrə Birgə Mərkəzin yaradılması haqqında Memorandumla yaradılıb.

Mərkəzdə türkiyəli və rusiyalı hərbçilərin sayı bərabər əsasla müəyyən edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də