Bakının Xəzər rayonununda orta yaşlı kişi bıçaqlanıb.
RegionTV.info-nun məlumatına görə, Şüvəlan qəsəbəsində İbrahim Rüstəmov mübahisə zəminində bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin daxilə nüfuz edən bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.