Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycan Respublikasına səfəri yanvarın 28-də başa çatıb.
RegionTV.info xəbər verir ki, Azərbaycanın və Misirin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Misir Prezidenti Əbdülfəttah Əs-Sisini Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.