RegionTV.info
Bərdə rayonunda məktəb direktoru müəllimə və onun yaxlınları tərəfindən döyülüb.
Məlumata görə,hadisə 18 yanvar 2023-cü il tarixdə rayonun Nazırlı kəndinda baş verib. Belə ki, artıq bir müddətdir ki, məktəbin müəllimlərindən birinin iş yerini dəyişməsi, səbəbilə məktəbdə əlavə boş dərs saatları yaranıb. Məktəbin müəllimlərindən biri, Nuruyeva Aytən Mülkədar qızı, həmin boş dərs saatlarından ona əlavə saat verilməsini direktordan tələb edib. Məktəbin direktoru isə bu səlahiyyətin onda olmadığını bildirdikdə tərəflər arasında narazılıq yaranıb. Bu zaman Aytən Nuruyeva əri,anası və qardaşı arvadıyla birgə Nazırlı kənd 1 №-li tam orta məktəbinin direktoru Nəcəfov Yusif Şahlar oğlunu döyüblər.
Hadisə şahidlərinin bildirdiyinə görə, Bərdə rayon 1 №-li Nazırlı kənd tam orta məktəbin direktoru Yusif Nəcəfov və məktəbin İngilis dili müəllimi Aytən Nuruyevlə olan mübahisə uzun müddətdir ki, davam edir. Əlavə dərs saatı mövzusu isə tərəflər arasında olan gərginliyi bir az da artırıb. İş saatından sonra məktəbin direktoru kəndin mərkəzi yolu ilə gedərkən müəllimə, əri, anası və gəlinləri onun üzərinə hücum ediblər və əlbə-yaxa davaya çıxıblar.Və direktoru ustadangəlmə əzişdiriblər. Bütün kənd sakinlərinin gözü qarşısında baş verən insdent zamanı xoşa gəlməz məqam tərəflərin bir – birlərini şagirdlərin gözü qarşısında küçə söyüşlərilə təhqir etmələri olub.
Kənd sakinləri, kəndin ziyalısı hesab olunan şəxslərin bu cür davranışları və hərəkətlərinin yolverilməz olduğunu, bu cür halların şagirdlərə mənfi təsir etdiyini, dava salan müəllimənin məktəb adına layiq olmadığını bildiriblər.
Hazırda tərəflər bir – birlərindən qarşılıqlı ittiham şəkilində rayon hüquq mühafizə orqanlarına və regional təhsil idarəsinə şikayət ediblər.
Məlumatı verən mənbənin iddiasına görə Qarabağ Regional Təhsil İdarəsi və Bərdə Təhsil sektoru ciddi cəhdlə hadisəni gizlətməyə çalışır.
Məktəbin direktoru Yusif Nəcəfov döyülməsini təsdiqləyib.O bildirib ki,ingilis dili müəllimi Aytən Nuriyeva əri və digər ailə üzvləri məni insanların gözü qarşısında amasızlıqla döyüblər,mənə ağır bədən xəsarətləri yetiriblər.Hətta beyin silkələnməm var. Artıq ekspert bununla bağlı rəy də verib. Hazırda iş Bərdə Rayon Prokurorluğunda araşdırılır,yəqin haqq özünü yerini tapacaq və məsələyə hüquqi qiymət veriləcək. Direktor onu da deyib ki,diaqnostik qiymətləndirmədən cəmi 13 bal toplayan bu müəllimə neçə vaxtdır ki,mənə göz verib işıq vermir.
Qarabağ Regional Təhsil İdarəsinin və direktoru döyən tərəfin mövqeyini öyrənmək cəhdimiz baş tutmadı.Ancaq buna rəğmən onların da fikirlərini dərc etməyə hazırıq.