Bakıda gənc oğlan kafedə bıçaqla özünə xəsarət yetirib.
RegionTV.info-nun əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən "Sarvan" kafesində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü S.Rüstəmli həmin obyektə gedərək bacısının orada ofisiant işləməsinə etiraz edib. Daha sonra o, bıçaqla özünə xəsarət yetirib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.