Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, Tibb Universitetinin müəllimi, tanınmış nevroloq Dilarə Xəlilova vəfat edib.
RegionTV.info xəbər verir ki, o, 26 yanvar gecə saatlarında dünyasını dəyişib.
Məlumata görə, D.Xəlilova uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirmiş.