Bakıda "Vasmoy bazarı"nda arvaını bıçaqlayan kişi ilə bağlı cinayət işi açılıb.
RegionTV.info-nun əldə etdiyi məlumata görə, hadisə yanvarın 26-da qeydə alınıb.
Belə ki, 8-ci km bazarında Şükürov Pənah Nazim oğlu qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı arvadı, 1991-ci il təvəllüdlü A.Şükürovanı bıçaqla xəsarətlər yetirib. Qadın aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Fakt üzrə Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaqı davam etdirilir.