Yanvarın 26-dan 27-nə keçən gecə Qəzza zolağından İsrail ərazisinə iki raket atılıb.
RegionTV.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
"Qəzza zolağından iki raket buraxılıb. Raketlər ölkənin hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib", - deyə məlumatda deyilir.
Qeyd edək ki, bir müddət öncə ordunun mətbuat xidməti İsrailin cənubunda Qəzza zolağı ilə sərhədə yaxın bir neçə ərazidə hava hücumu siqnallarının işə salındığını bildirmişdi.