İranın Tehran şəhərində onlarla mağazanın fəaliyyəti qadın geyimləri satdıqlarına görə dayandırılıb.
RegionTV.info xəbər verir ki, bu barədə Azad İran teleqram kanalı məlumat yayıb.
Qeyd olunub ki, bunu sosial media fəalları və mağaza sahibləri bildiriblər.
Onların sözlərinə görə, Tehran polisi qadın şalvarlarının satışını islam qaydalarına zidd hesab etdiyi üçün mağazaları bağlayıb və bütün malları müsadirə edib.