Rus qoşunları Ukraynanın Uqledar şəhərinə daxil olub.
RegionTV.info xəbər verir ki, bu barədə bir sıra hərbi teleqram kanallarında məlumatlar yayılıb.
Həmçinin "Donetsk Xalq Respublikası (DXR)" rəhbərinin müşaviri İqor Kimakovski bildirib ki, rus qoşunları Uqledar bölgəsinə daxil olub və şəhər ətrafında döyüşlər gedir.
Onun sözlərinə görə, əks-hücuma keçməyə çalışan Ukrayna qüvvələrinə qarşı Rusiya artilleriyasından istifadə edilir.
Bundan başqa, Xerson vilayətinin fövqəladə hallar xidmətinin nümayəndəsi TASS-a bildirib ki, artilleriyaçılar Dnepr çayının sağ sahilində Ukrayna ordusunun anbarını məhv ediblər.