Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti ucuzlaşıb.
RegionTV.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,42 ABŞ dolları, yaxud 0,47 % azalaraq 89,45 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.