Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Nəsimi rayonunda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

RegionTV.info  xəbər verir ki, qəza Vaqif prospekti ilə Xan Şuşinski küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, "Toyota Camry" və "Chrysler" markalı minik avtomobilləri toqquşub.

"Chrysler" markalı avtomobilin sürücüsü zərbə nəticəsində idarəetməni itirərək maşını təxminən 100-150 metr qabağa apararaq işıq dirəyinə çırpıb və dayanıb.

Qəza nəticəsində 1989-cu il təvəllüdlü Güləliyeva Aynur Ramiz qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Avtomobillər ərazidən uzaqlaşdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də