Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson şəhərindəki limana raket zərbələri endirib.
RegionTV.info xəbər verir ki, raket hücumu zamanı Xerson limanında Türkiyəyə aid iki gəmi də zədələnib.
Türkiyə şirkətinin nümayəndəsi Hüseyn Çebin bildirib ki, raket zərbəsindən sonra "Tuzla" gəmisində yanğın baş verib.
Qeyd edək ki, ikinci gəmi “Ferahnaz” olub və qəlpələrdən zədələnib.