Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncədə aptekdə nöqsanlar aşkarlandı - FOTO

RegionTV.info

Gəncədə fəaliyyət göstərən aptekdə nöqsanlar aşkarlanıb. 

Bu barədə  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verilib. 

Bildirilib ki, agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Gülüstan qəsəbəsində fəaliyyət göstərən, “Dokta” MMC-yə məxsus aptekdə keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub. Baxış zamanı aptekdə çalışan işçilərin məcburi tibbi müayinədən keçmədiyi, həmçinin satışı həyata keçirilən “Nutrilak” əmtəə nişanlı uşaq qidalarının etiketində digər dillərə yanaşı, Azərbaycan dilində məlumatların olmadığı məlum olub. Faktla bağlı sahibkar barəsində inzibati qaydada tədbir görülüb, uyğunsuzluqların aradan qaldırılmasına dair icrası məcburi göstərişlər verilib.




Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də