Kiyevə tankların verilməsinə görə Rusiya nüvə müharibəsinə getməyəcək.
RegionTV.info-nun xəbərinə görə, bunu Almaniya Sosial-Demokrat Partiyasının lideri Lars Klinqbayl deyib.
“Düşünürəm ki, bu, çox az inandırıcıdır. Mən qorxmuram. Putin bizi qorxuda bilməyəcək. Pekinə səfər edərək Olaf Şolts nüvə təhlükəsinin əhəmiyyətli dərəcədə azaldılmasına töhfə verdi. Putin başa düşürdü ki, bu xətti keçsə, çinlilər kimi əsas müttəfiqlərini itirəcək”, - deyə Klinqbayl bildirib.