
Türkiyəli müğənni Bengü sosial şəbəkədə karantin günlərindən bəhs edib.
Axşam.az xəbər verir ki, sənətçi pandemiya dövründə hər şeyin dəyərini daha yaxşı başa düşdüyünü bildirib:
"Unutduğumuz bütün dəyərləri xatırladıq. Sevdiklərimiz üçün darıxmağı, qənaət etməyi, qəlb qırmamağı, ölümlə burun-buruna gəlməyi, dəyər verdiklərimizi itirməkdən qorxmağı, hər şeyi bir-bir yaşadıq".