ABŞ-lı model Ceremi Ryulmen 27 yaşında vəfat edib.
RegionTV.info xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. Cereminin hansı səbəbdən dünyasını dəyişdiyi isə açıqlanmayıb.
Cereminin vəfatı ilə bağlı bir çox məşhur paylaşım edib. Onlar arasında dizayner Kristina Siriano, aktrisa Liza Rinnanın qızı Dalila Bil Hemlen və başqaları olublar.
Məlumat üçün bildirək ki, Ceremi Ryulmen 2013-2017-ci illərdə psixologiya üzrə təhsil alıb. Daha sonra modelliklə məşğul olmağa başlayıb. Məşhur markalar üçün obyektiv qarşısına keçən Cereminin çoxsaylı jurnallarda fotoları yer alıb.