Abşeron rayonunda ər arvadını axtarır.
RegionTV.info xəbər verir ki, bu barədə Abşeron rayon Polis İdarəsinə şikayət daxil olub.
Belə ki, 34 yaşlı Hüseynova Səfurə Sədr qızı yanvarın 4-ü Masazır qəsəbəsindəki evindən çıxaraq bir daha geri qayıtmayıb.
Onun boyu 160 sm, arıq bədən quruluşludur. Saçları qara, gözləri qəhvəyi rəngdədir.
O, evdən gedərkən 100 manat pul və şəxsiyyət vəsiqəsini özü ilə aparıb.
Səfurə Hüseynovanın yerini bilənlərdən Abşeron rayon Polis İdarəsinə və ya DİN-in 102 zəng mərkəzinə məlumat vermələri xahiş olunur.