“İctimai Televiziya və Radio Yayımları Şirkətinin qarşısında saxlamağa yer ola-ola taksi "arxadan maşın gəlir, saxlaya bilmərəm" deyib, irəli sürdü. Dayanacağa yaxın yerdə, ikinci zolaqda saxladı və "o qapı içəridən açılmır, sol qapıdan düşün" dedi... İki dəfə yoxladım, həqiqətən qapı açılmırdı, məcbur qalıb sürücünün arxasındakı qapıya tərəf keçdim. Qapını açanda arxadan gələn avtobus qapıya çırpıldı...”
Region.info xəbər verir ki, bunu İctimai Televiziyanın aparıcısı Vüsalə Məmmədova deyib.
V.Məmmədova bildirib ki, bir neçə saniyə gec gəlsə, qarşısında qapı yox, mən olacaqdım: “Yaşadığım stress bir yana, indi sürücü zəng edib ki, "bu işi neyləyək?". “Bolt”da qeydiyyatdan keçdiyi avtomobillə gəlməyib, qapısı xarab, sol qapıdan düşməyi deyir və saxlayanda arxadan gələn maşını görə-görə, düşəndə arxadan gələn avtobusu görmür, xəbərdarlıq eləmir... Mənə də deyir səninlə başqa yerdə danışacam...”