Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əli Məsimli: “Türkiyədə qiyməti 3 manat olan dərman Azərbaycanda 39 manata satılır”

Bu il Rəqabət Məcəlləsinin qəbul edilməsi böyük bir hadisə olar.

RegionTV.info   xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli bildirib.

Onun sözlərinə görə, antiinflyasiya tədbirlərinin görülməsi üçün məcəllənin qəbul olunması önəmlidir:

“Süni sürətdə qiymət artımının hər faizi əhaliyə ildə 500 milyon manatdan çox ziyan vurur. Azərbaycanda qiymət artımı idxal, iqtisadi inkişaf və inhisarçıların addımları olmaqla 3 mənbədən asılıdır: Əvvəl illik inflyasiya 4% proqnozlaşdırılmışdı, 14,6% oldu. Xalq istehlak malları hətta 20%-dən 92%-ə qədər artıb”.

Ə.Məsimli bildirib ki, xüsusilə dərmanların bahalaşması ailə büdcəsinə güclü zərbə vurur:

“İqtisadi komitə bununla bağlı sanballı sənəd hazırlayıb. Sənəddə təkliflər var. Keçən dəfə deputat Vahid Əhmədov faktları demişdi. Mən bir professorun sözünü deyəcəyəm. Türkiyədə qiyməti 3,2 manata olan dərman Azərbaycanda 39,4 manata satılır. Bunun qarşısını, düşünürəm ki, Rəqabət Məcəlləsinin qəbul olunması alacaq. Cəzalandırılmayacağına tam əmin olan insan istədiyi kimi qiyməti artırır”.

Bundan başqa, deputat deyir ki, pensiya yaşı ilə bağlı müraciətlər var:

“Müəllimlər və həkimlər qalıb işləmək istəyirlər. Pensiya yaşına çatana qədər insanların bir hissəsi dünyasını dəyişir, pensiya yaşının 65-ə çatdırılması tələskənlikdir. Pensiya yaşına baxmaq üçün yenidən dinləmələrin keçirilməsini təklif edirik”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də