Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Prezidentin faktlara söykənən məsələləri Blinkenin diqqətinə çatdırması olduqca müsbət haldır...” - RƏY

RegionTV.info

“Əvvəlcə ABŞ dövlət katibi Antoni Blinkenin Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olmuşdu. Blinken bundan sonra bəyan etmişdi ki, Azərbaycan Prezidenti İlham Əliyevlə də bu günlərdə telefon danışığı həyata keçirəcək. Hesab edirəm, Paşinyan əsl erməni xislətinə uyğun olaraq müxtəlif beynəlxalq təşkilatlarda, dövlətlərdə olduğu kimi, Entoni Blinkenə də kifayət qədər dezinformasiya, həqiqətə uyğun olmayan, Azərbaycan əleyhinə məlumatlar verib. Yəni adəti üzrə Azərbaycandan şikayət edib. Lakin praktika göstərir ki, bütün hallarda Ermənistan, ermənilər problemlərini digər böyük ölkələrin, beynəlxalq təşkilatların əli ilə həll etməyə çalışıb. Bu, bir qayda olaraq tarixən də belə olub. Bu isə indiki zamanda artıq o qədər də işləyən sxem deyil. Baxmayaraq ki, ermənilər təbliğatda özlərinin “qəhrəman”, “məğrur”, “məğlubedilməz” simasını, imicini formalaşdırmağa çalışıblar. Lakin beynəlxalq birlik kifayət qədər Qarabağ məsələsində - Qarabağda baş verən, Ermənistan-Azərbaycan arasında gedən proseslərdən məlumatlıdır...”

 

Bu sözləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.


Deputat Blinkenlə Prezident İlham Əliyev arasında baş tutan danışıqda bir sıra məsələlərə diqqət çəkib: “Cənab Prezident İlham Əliyev mövcud vəziyyətlə bağlı dövlət katibini məlumatlandırdı, onun suallarını cavablandırdı. Xankəndi-Laçın yolunda nə baş verdiyini faktlarla Blinkeninin diqqətinə çatdırdı. Konkret rəqəmlərlə 12 dekabrdan - ekoloqların aksiyası başlanıldığı gündən bəri minə yaxın avtomobilin Laçın yolundan keçirildiyi ilə bağlı faktları sadaladı. Onların tam əksəriyyətinin Rusiya sülhməramlılarına, təxminən, 120-dən yuxarı avtomobilin isə Beynəlxalq Qızıl Xaç Komitəsinə aid olduğunu bildirdi. Qarabağda yaşayan ermənilər arasında xəstələnən uşaqların, ciddi yardıma ehtiyacı olanların Ermənistana aparılması ilə bağlı heç bir məhdudiyyətin olmadığını qeyd etdi. Burada gizli heç nə yoxdur. Cənab Prezindent paralel olaraq Laçın dəhlizində yaranmış mövcud vəziyyətlə bağlı mina məsələsini də qaldırdı. Blinkenə dedi ki, Laçın dəhlizindən 2021-ci ildə Ermənistanda istehsal olunan minaların Qarabağa keçirilməsi faktlarını aşkarlamışıq. İmkan verə bilmərik ki, erməni silahlıları sui-istifadə edib, Qarabağda yeni bir gərginlik ocağı yaratsınlar. Cənab Prezidentin dilindən – ilk mənbədən faktlara söykənən məsələlərin Amerikanın diqqətinə çatdırılması olduqca xeyirlidir, müsbət haldır.”.

 

N.Məhəməliyev Blinkenin fikirlərinə də toxunub: “Blinken də öz növbəsində bildirdi ki, biz Amerika olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına maraqlıyıq. Məsələlərin sülh yolu ilə həllinə sadiqliyimizi nümayiş etdiririk. Təbii ki, tərəflərin bir-birinə lazım olan mesajları bir daha çatırıldı, aydınlaşdırıldı. Bəllidir ki, Blinken ABŞ-ın xarici siyasətinə cavabdeh olan bir nömərli şəxsdir. Onun məlumatları Cənab Prezidentdən alması işin xeyrinədir. Bunu müsbət qiymətləndirirəm. Dialoq hər zaman olmalıdır. Elə fon yaradılmamalıdır ki, Ermənistan erməni diasporu, onlara lobbiçilik edən təşkilatlar birtərəfli qaydada istənilən dezinformasiyaları yaya bilərlər və bu, cavabsız qalar”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də