Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda bu xidmətə görə vergi tutulacaq

Azərbaycanda ölkə ərazisinə tranzit məqsədilə daxil olan nəqliyyat vasitələrinə münasibətdə yol vergisi tətbiq olunacaq.

RegionTV.info  xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Məcəllənin 209-cu maddəsinə dəyişiklik edilməsi ilə bağlı edilən təklifə görə, ölkə ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə ölkə ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir.

Mövcud məcəlləyə görə isə Azərbaycan ərazisindən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezidentlər yol vergisi ödəyicisidir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də