İranın Sistan və Bəlucistan əyalətində iki polis əməkdaşı öldürülüb.
RegionTV.info-nun məlumatına görə, bu barədə Sistan və Bəlucistan polis komandanlığı məlumat verib.
Bildirilib ki, dünən gecə əyalətin Bampur bölgə polis idarəsinin polis məmurları patrul missiyasını yerinə yetirərkən silahlı şəxslərin hücumuna məruz qalıb.
Atışmada mayor Muxtar Mömini və leytenant Əbuzər Ümidvar həyatını itirib, bir polis nəfəri də yaralanıb.
Hücum edən silahlı dəstə üzvləri hadisə yerindən qaçıb.
Faktla bağlı cinayət işi açılıb. Silahlı şəxslərin həbsi üçün xüsusi əməliyyat-axtarış qrupu yaradılıb.