Rusiya Müdafiə Nazirliyi ilk dəfə "Orion" dronunu zərbə versiyasında göstərib.
Moderator.az xəbər verir ki, bu haqda məlumat qurumun saytında təqdim edilmiş 2021-ci il üçün müasir rus silah nümunələrinin təqvimində yayılıb.
Dronun "Yorğa" təcrübə-konstruktor layihəsi çərçivəsində yaradılmış səhra kamuflyajında və “KAB-20” aviabombalarıyal təchiz edilmiş digər versiyası da nümayiş etdirilir. “Zvezda TV” kanalının qeyd etdiyi kimi, bu mərmilərin ağırlığı 21 kiloqram, qəlpə-fuqaslı döyüş başlığı isə 7 kiloqramdır. Bundan əlavə, “KAB-20”-lər peyk və lazerlə idarə olunan özüyönləndirmə sistemləri ilə təchiz edilmiş və yüngül zirehli maşınları və düşmənin canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub.
Təqvimdə “Orion”dan əlavə beşinci nəsil “Su-57” qırıcısı, “Ovçu” ağır hücum dronu və digər müasir hərbi texnikaların fotoları da nümayiş olunur.
“Orion” – Rusiyanın “MALE” (uzunmüddətli orta hündürlüklü uçuş vasitələri) sinfindən olan ilk insansız uçağıdır. Bu dronların dünya bazarında rəqibləri Amerikanın “Predator”, İsrailin “Heron” və bir sıra Çin sistemləridir.