RegionTV.info
"Sonuncu danışığımızda halallıq aldım".
Bu sözləri Tünzalə Əliyevanın vida mərasimində iştirak edən sənət dostu Xuraman Əlizadə deyib. O bildirib ki, aktrisanın sonuncu dəfə mesajına cavab yazmayıb:
"Serialdan öncə rəfiqə idik. Gözəl insan, mükəmməl sənətkar idi. Ağır itkidir. Zəhranı düşünürəm. Biz uşaqlarımızı bir gəzdirirdik. Əli ilə Zəhra dost idi. Əli çox pis oldu. Həmişə deyirdi ki, uşaqların toyunda qırmızı geyinib oynuyarıq. Qismət olmadı. Çox güclü idi. Son sözü o oldu ki, yaşamaq istəyirəm. Sonuncu dəfə yazdı ki, bəlkə xətrivə dəymişəm. Cavab yazmadım. Bir-iki gündən sonra yazdım. Dedi yaxşı deyiləm. Sanki halallıq alırdı".
Xuraman Əlizadə Tünzalənin mədəkiçiltmə əməliyyatının onun xəstəliyində mühüm rol oynadığını vurğulayıb:
"Mədəkiçiltmənin böyük rolu oldu. Mənim gözümdə həmişə toppuşdu. Həmişə də elə qalacaq. Heyif səndən toppuşum. Bir dəfə sual verdim ki, bilsəydin bu xəstəliyə yaxalanacan mədəkiçiltmə əməliyyatı edərdin? Dedi ki, bəli".