RegionTV.info
"Sonuncu dəfə Tünzalə Əliyeva ilə iki ay əvvəl danışmışam. Onunla çox yaxın idim. Mədəniyyət və İncəsənət Universitetində bir oxumuşduq. Münasibətimiz çox yaxşı idi".
Bu sözləri müğənni Manaf Ağayev deyib.
Əməkdar artist Tünzalə Əliyeva ilə vidalaşmaq üçün Heydər məscidinə gələn sənətçi mərhumla bağlı bu fikirlərini dilə gətirib:
"Danışırdı, ağrıyırdı. O, ölümdən qorxmurdu. Amma qızı Zəhranı tək qoyacağından qorxurdu. Onun gözəl və böyük sənəti vardı. İnsan kimi də çox gözəl insan, ana və ailə başçısı idi. Namuslu, ismətli bir qadın idi. O, oynadığı obrazlarla hamının üzünü güldürdü. Xalq tərəfindən sevilən sənətçi idi. Allah rəhmət eləsin!"