Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlarda qiymət artımı olacağı barədə şayiələr gəzir.
RegionTV.info xəbər verir ki, sosial şəbəkədə gedən müzakirələrdə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən yeni alınacaq 10 qatarın da bu qərara təsir edəcəyi istisna edilməyib.
Gedən müzakirələrin və əhalinin narahatlığını nəzərə alaraq “Azərbaycan Dəmir Yolları” QSC-yə müraciət etdik. Qurumdan bildirildi ki, hazırda Abşeron dairəvi dəmir yolu üzrə gediş haqqının dəyişdirilməsi nəzərdə tutulmayıb.
Qeyd edək ki, Abşeron dairəvi dəmir yolu - Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında yaşayan əhalinin gediş-gəlişini təşkil edən əhəmiyyətli elektrikli dəmiryolu xəttidir. Bu dəmiryolu xətti 2 hissədən ibarətdir: Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt.