Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyinatı olub.
RegionTV.info xəbər verir ki, bu vəzifəyə Əməkdar jurnalist Rəşad Nəsirov təyin edilib.
1977-ci il təvəllüdlü R.Nəsirov uzun illər müxtəlif televiziyalarda çalışıb. O, 2015-2020-ci illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədr müavini vəzifəsində işləyib.
Xatırladaq ki, daha əvvəl AHİK-in Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Akif Təvəkküloğlu (Nəsirli) olub.