Bakının Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
RegionTV.info xəbər verir ki, qəza Biləcəri qəsəbəsində qeydə alınıb.
Rəşid İsmayılov 17 ünvanında yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən əks tərəfə keçmək istəyən 45 yaşlı Xəyyam Ələsgərovu 02-BL-612 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobil vurub. Hadisəni törədən sürücü Əsədov Ədalət Maqsud oğlu dərhal təcili tibbi yardım briqadasına müraciət edib. Yaralı açıq kəllə beyin travması və sağ ayaq sümüyünün sınığı diaqnozları ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları sürücüdən izahat alıb.