Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Aeroport şossesində avtomobil piyadanı vurdu

RegionTV.info

Suraxanı rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

 

Hadisə aeroport şosesinin Suraxanı qəsəbəsi ərazisinə düşən hissəsində qeydə alınıb.

 

1990-ci il təvəllüdlü Səfərov Fikrət Mejdim oğlu şossenin piyadalar üçün müəyyən edilməyən hissəsindən keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəxiyyətdə xəstəxanaya çatdırılıb. Ona sağ topuq sümüyünün sınığı diaqnozu qoyulub.

 

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də