Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xaçmazda “Hyundai” yandı






Xaçmazda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Xaçmaz rayonunda ümumi sahəsi 390 m² olan ikimərtəbəli evin birinci mərtəbəsindəki qarajda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən beş nəfər təhlükəsiz əraziyə təxliyyə olunub.

Avtomobilin qalan hissəsi və ev yanğından mühafizə olunub. 

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də