RegionTV.info
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyini bildirib.
Ərdoğan Bursa gəncləri ilə görüşündə deyib: “İlk dəfə seçkilərdə iştirak edəcək gənclərimizin nümayəndələrini mayın 14-də keçiriləcək səsvermə zamanı düzgün seçim etməyə çağırıram”.
Türkiyədə prezident seçkilərinin əvvəlcə iyunun 18-də keçirilməsi nəzərdə tutulurdu.