Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Toppuş bacı”nın nəşi Heydər Məscidinə gətirildi - FOTO

Xəbər verdiyimiz kimi, uzun müddətdir xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva bu gün saat 12 radələrində Milli Onkologiya Mərkəzində vəfat edib.

RegionTV.info-nun  məlumatina görə, sənətçinin nəşi az əvvəl mərkəzdən Heydər Məscidinə gətirilib.

Aktrisanın ailəsindən savayı məscidə mərhumun həmkarları Əməkdar artistlər Ülviyyə Əliyeva, Mətanət Əhmədova, Yusif Mustafayev, aktrisa Sonaxanım Əliyeva da gəlib.

Ailəsinin açıqlamasına görə, hazırda Tünzalənin birinci sinifə gedən altı yaşlı qızı Zəhra anasının vəfatından bixəbərdir. O, hazırda Xırdalandakı evlərində nənəsinin yanındadır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də