Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Vəkillərin sosial şəbəkələrdə öz həmkarlarını müzakirəyə çıxarması yolverilməzdir" - Anar Bağırov

"Mən dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, vəkillərin sosial şəbəkələrdə öz həmkarlarını müzakirəyə çıxarmasının əleyhinəyəm. Bu, vəkillərin etik davranış qaydalarına da ziddir".


RegionTV.info
  xəbər verir ki, bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.


O bildirib ki, vəkillərin aralarında olan münasibətlər Kollegiya çərçivəsində öz həllini tapmalıdır.


"Kənar müzakirələrin aparılması yolverilməzdir. Bu, nəticə etibarilə cəmiyyətdə vəkilliyin nüfuzuna mənfi təsir göstərir. Kimin narazılığı varsa, Vəkillər Kollegiyasına müraciət etsin, intizam icraatı başlanılsın və məsələyə hüquqi qiymət verilsin", - deyə A.Bağırov qeyd edib.


Sədr vəkilləri bir-birinə hörmətlə yanaşmağa çağırıb: "Vəkillik peşəsinin nüfuzunu qorumaq hər bir vəkilin borcudur".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də