Bakıda dəhşətli cinayət hadisəsi baş verib.
RegionTV.info-nun əldə etdiyi məlumata görə, hadisə paytaxtın yanvarın 21-i saat 06 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, Lalə İmaşova əri Ceyhun İmaşovla əvvəl mübahisə edib. Daha sonra qadın baltanın kəsici hissəsi ilə kişinin baş nahiyəsinin arxa hissəsindən iki dəfə zərbə vurarub. Nəticədə Ceyhun İmaşov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Fakta görə Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Xəbəri paylaş