Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yaponiyada yanğında 4 nəfər ölüb

Yaponiyanın Kobe şəhərində yaşayış kompleksində yanğın baş verib.

RegionTV.info  xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, daha 4 nəfərin isə vəziyyəti ağırdır.

Yerli polisin məlumatına görə, Kobe qatar stansiyası yaxınlığındakı yaşayış kompleksində yanğınla bağlı yanğınsöndürmə idarəsinə zəng yerli vaxtla saat 01.30 radələrində (Bakı vaxtı ilə 20:30) daxil olub.

Yanğın yalnız üç saatdan sonra söndürülüb. Üç mərtəbəli binanın birinci mərtəbəsində dörd nəfərin meyiti aşkarlanıb. Yaşı 40-70 arasında olan daha 4 nəfər xəstəxanaya yerləşdirilib. Onlar huşsuzdurlar və ağır vəziyyətdədirlər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də