Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda 19 yaşlı gənci avtomobil vurub

Bakının Xəzər rayonununda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

RegionTV.info-nun məlumatına görə, Buzovna qəsəbəsində avtomobil yolu keçən 2004-cü il təvəllüdlü Cəfərov Oktay Samir oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi, döş qəfəsinin küt travması və sağ bazu sümüyünün yerdəyişən sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də